Rusiyanın nüvə imkanlı sualtı filotiliyası 2024-cü ildə müharibəyə hazır olacaq

2018/09/12312-1537599456.jpg
Oxunub: 338     10:55     22 Sentyabr 2018    
Rusiyanın nüvə imkanlı, eyni zamanda hipersəs silahlar ata bilən sualtı qayıq filotiliyası 2024-cü ildə müharibəyə hazır olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının hesabatından xəbərdar olan birinci dərəcəli mənbə bildirib.

Filotiliyanın tərkibində olan 8 sualtı qayığın inşasını maliyyələşdirmək üçün Moskva digər hərbi modernizasiya proqramına ayrılan vəsaitlərdə kəsintilərə yol verir.

“Borei II” sualtı qayığı Rusiya donanmasının Şimal və Sakit okean filotiliyasına qoşulmağa hazırlaşan 4-cü nəsil nüvə imkanlı ballistik raket ata biləcək sualtı qayıqdır.

Rusiya ilə müqayisədə ABŞ donanması dünyanın ən böyük sualtı qayıq filotiliyasına sahib ölkələrdən biridir. Onun 14 ədəd “Ohio” sinifli gəmisi nüvə çəkindirmə missiyası həyata keçirir.

Qeyd edək ki, “Borei II” Soyuq Müharibədən sonrakı dövrdə Rusiyanın ərsəyə gətirdiyi ilk sualtı qayıq sinfidir. O, 20 ədəd “Bulava” qitələrarası ballistik raket ata bilir. Hər bir “Bulava” 100-150 kiloton taktiki bomba daşımağa qadirdir ki, bu da Xirosimaya atılan atom bombasından təxminən 10 dəfə böyük dağıdıcı gücə malikdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   HDD  

Rusiyanın nüvə imkanlı sualtı filotiliyası 2024-cü ildə müharibəyə hazır olacaq

2018/09/12312-1537599456.jpg
Oxunub: 339     10:55     22 Sentyabr 2018    