Ukrayna SQ yeni silah və hərbi ləvazimatları sınaqdan keçirir - FOTOLAR

2018/09/23423-1537598278.jpg
Oxunub: 748     10:47     22 Sentyabr 2018    
Ukrayna Silahlı Qüvvələri operativ taktiki pilotsuz komplekslər, modernləşdirilmiş təyyarə əleyhinə sistemlər, çoxməqsədli helikopterlərin sınağını keçirib.

Ordu.az “Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov bəyan edib.

O, bildirib ki, Ukrayna ordusunun hərbi poliqonlarında davamlı olaraq sınaqlar keçirilir. Sonuncu belə silahlar arasında ZU-23-2 yenilənmiş təyyarə əleyhinə artilleriya vasitəsinin sınağı baş tutub.

“Təyyarə əleyhinə artilleriya vasitəsilə avtomatik nişanalma və atəşin idarəedilməsi üçün elektron sistemin kombinasiyasından ibarə olan bu vasitə düşmənin həm hava, həm də quru hədəflərini məhv etməyə imkan yaradır”, - deyə Turçinov bildirib.

Bundan başqa Ukrayna ordusu çoxməqsədli “Skyline” və “Aerokopter” yüngül helikopterlərinin sınağını həyata keçirib. Bu helikopterlərin sərhəd mühafizəsinin gücləndirilməsinə yeni töhfə verməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   Skyline   Aerokopter  

Ukrayna SQ yeni silah və hərbi ləvazimatları sınaqdan keçirir - FOTOLAR

2018/09/23423-1537598278.jpg
Oxunub: 749     10:47     22 Sentyabr 2018    