ABŞ yeni atom mikro-reaktoru inşa edir

2018/09/10540-1537594720.jpg
Oxunub: 503     09:44     22 Sentyabr 2018    
ABŞ-ın Los Alamos Milli Atom Laboratoriyası uzaq bölgələrdə elektrik enerjisinin kəsintisiz təminatını həyata keçirə biləcək yeni atom mikro-rekator inşa edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə laboratoriyası sədrinin qlobal təhlükəsizlik məsələləri üzrə müavini Endi Erikson bildirib.

Onun sözlərinə görə, təhlükəsiz, daşınabilən atom enerji reaktorunun inşası üçün enerji nəhənglərindən olan “Westinghouse” firması ilə əməkdaşlıq edilir. Reaktorun dizaynı onun lazım gəldikdə hissələrə ayrılaraq yük maşınında daşınmasına imkan verəcək.

Bildirilir ki, reaktor 10 il ərzində 1 meqavat enerji təmin edə bilər ki, bu da 1500-4000 əsgərlik bütöv hərbi briqadanın təchizatı üçün kifayət edir. Suyun əvəzinə reaktor qızdırıcı borulardan istifadə edəcək. Onun iş prinsipi adi dizüstü kompüterlərin insanın ayaqlarını yandırmaması üçün istifadə edilən metodla eyni olacaq.

Qeyd edək ki, hazırda fəaliyyətdə olan ən kiçik nüvə reaktoru EGP-6-dır. O, 1986-cı ildəki yanlış sınaq zamanı qəza baş verdiyi Çernobıldakı reaktorla eyni növə aid RBMK-nın kiçildilmiş modeli olaraq Sovet ixtiraçısı tərəfindən hazırlanıb. EGP-6 12 meqavat elektrik enerjisi istehsal edir və Yer kürəsində öz növünə görə mövcud olan yeganə reaktordur. O, hazırda Rusiyanın şimal-şərq qurtaracağındakı Çukot Muxtar Dairəsində yerləşir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ yeni atom mikro-reaktoru inşa edir

2018/09/10540-1537594720.jpg
Oxunub: 504     09:44     22 Sentyabr 2018    