Pakistan HDD rəhbəri: “ABŞ-ın yardımı kəsməsi ölüm-qalım vəziyyəti deyil”

2018/09/42255-1537553635.jpg
Oxunub: 489     22:41     21 Sentyabr 2018    
“Birləşmiş Ştatların Pakistana göstərdiyi təhlükəsizlik yardımını dayandırması xoşagəlməz bir şey olsa da, o, ölüm-qalım məsələsi deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pakistan donanmasının rəhbəri admiral Zəfər Mahmud Abbasi səsləndirib.

“Hindistanın dənizlərdə nüvə silahı təşəbbüsləri Pakistanın regionda strateji balansı qorumaq üçün addımlar atmasını zəruri etdi. Çünki dəniz özüllü nüvə silahları potensial ikinci hücum qabiliyyəti təmin edir. Bu isə siz bərabərliyi təmin etmədikcə mütənasibliyi pozur. Həmin balansızlıqdan yola çıxaraq, Hindistan tezliklə bizə qarşı ənənəvi müharibəyə başlaya bilərdi”, - deyə o bildirib.

Beynəlxalq dəniz gücləri simpoziumunda iştirak etmək məqsədilə Vaşinqtonda olan Abbasi Pakistanın Əfqanıstanda strateji möhkəmlənmə dərdində olduğuna dair iddiaları da təkzib edib.

Eyni zamanda Çinlə əlaqələrə toxunan Abbasi iki ölkə arasında 2016-cı ildə imzalanan müqavilə çərçivəsində 2025-ci ildə çatdırılması nəzərdə tutulan sualtı qayıqların hamısının ənənəvi olduğunu və nüvə imkanına malik olmadıqlarını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Pakistan  

Pakistan HDD rəhbəri: “ABŞ-ın yardımı kəsməsi ölüm-qalım vəziyyəti deyil”

2018/09/42255-1537553635.jpg
Oxunub: 490     22:41     21 Sentyabr 2018    