Pentaqon üçün bu vaxta qədərki ən böyük dron büdcəsi ayrılacaq

2018/09/42217-1537553274.jpg
Oxunub: 353     20:36     21 Sentyabr 2018    
ABŞ-ın 2019-cu maliyyə ili üzrə müdafiə büdcəsinin son versiyasında dronlar üçün nəzərdə tutulan vəsaitin miqdarı ilkin təklif olunan rəqəmdən bir neçə yüz milyon dollar az olsa da, bu, yenə də bu vaxta qədərki ən böyük büdcədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Senatı tərəfindən sentyabrın 18-də təsdiqlənən planda Pentaqonun dron büdcəsi 9 milyard dollar göstərilib.

Məlumata görə, ilkin versiyada bu rəqəm təqribən 400 milyon dollar daha çox olmasına baxmayaraq, bu hal ilə belə dronlar üçün ayrılan ən böyük büdcə adını əldə edə bilir.

Dron büdcəsində əsas kəsinti isə MQ-25 “Stingray” tanker dronun tədqiqatı, təkmilləşdirilməsi, sınağı və dəyərləndirilməsi üçün ayrılan vəsaitə edilib. Belə ki, bu məsələ ilə bağlı Senatın təsdiqlədiyi büdcədəki rəqəm əvvəlkindən 200 milyon dollar az olub.

Bununla yanaşı MQ-9 “Reaper” dronlarına ayrılacaq vəsait də 160 milyon dollar az təsdiqlənib. ABŞ donanmasına dron əleyhinə birbaşa enerji silahı “Lazer Silah Sistemi” ilə bağlı veriləcək vəsait isə 90 milyon dollar az olacaq.

Lakin dəyişikliklərin heç də hamısı azalma ilə bağlı deyil. Məsələn RQ-4-ün modernizasiyasına ayrılacaq vəsait 100 milyon dollar artırılaraq 127 milyon dollara çatdırılıb. Sualtı Taktiki Müharibə Sisteminin büdcəsi isə 4,5 milyon dollar artırılıb.

DARPA-nın dronlar və müşahidə, kəşfiyyat və nəzarət sistemləri ilə əlaqədar həyata keçirəcəyi iki fərqli süni zəka proqramına isə əlavə 40 milyon da ayrılıb.

Qeyd edək ki, Senatın apardığı düzəlişlərdən sonra təsdiqlədiyi büdcə layihəsində dronlar üçün ayrılan büdcə ötən ilə nisbətən 1,5 milyard dollar çox olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Penaqon   Dron  

Pentaqon üçün bu vaxta qədərki ən böyük dron büdcəsi ayrılacaq

2018/09/42217-1537553274.jpg
Oxunub: 354     20:36     21 Sentyabr 2018    