Hindistan HHQ-nin komandan müavini “Rafale”ni sınaqdan keçirib

2018/09/42235-1537548870.jpg
Oxunub: 696     22:07     21 Sentyabr 2018    
Hindistan Hərbi Hava Qüvvələrinin komandan köməkçisi HHQ marşalı Raqunat Nambiar Hindistan üçün istehsal edilən ilk “Rafale” təyyarəsi ilə uçuş həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uçuş Fransanın paytaxtı Paris yaxınlığında baş tutub.

Marşal Fransada “Dassault Aviation” tərəfindən istehsal edilən sözügedən təyyarələrin istehsalat mərkəzində olaraq proses barədə məlumat əldə edib.

Qeyd edək ki, Hindistan və Fransa 2016-cə ildə 36 “Rafale” qırıcı təyyarələrinin alqı-satqısı ilə bağlı 8 milyard dollarlıq müqavilə imzalayıb. Bu təyyarələrin Hindistana 2019-cu ilin sentyabrında çatdırılması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Rafale  

Hindistan HHQ-nin komandan müavini “Rafale”ni sınaqdan keçirib

2018/09/42235-1537548870.jpg
Oxunub: 697     22:07     21 Sentyabr 2018    