ABŞ HHQ dronların təkmilləşdirilməsində süni zəkadan istifadə edir

2018/09/45756-1537541509.jpg
Oxunub: 416     19:57     21 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri dron texnologiyalarının təkmilləşdirilməsi məqsədilə süni zəkanın tətbiqini daha da genişləndirir.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, hazırda Hərbi Hava Qüvvələri tərkibində pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi ilə əlaqəli olaraq 10-a qədər müxtəlif layihə üzərində işlənilir ki, bunlardan bəziləri PUA-lara süni zəkanın tətbiqinə əsaslanır.

Hədəflənən layihələr uğurlu olacağı təqdirdə ABŞ HHQ ilk dəfə olaraq tam şəkildə süni zəka inteqrasiya edilmiş dronu 2019-2020-ci illər ərzində tədim etməyi planlaşdırır.

Rəsmi məlumata əsasən, bu sahədə bir ilk olacaq sözügedən aparat əsasən kəşfiyyat əməliyyatları üçün istifadə olunacaq ki, daha sonra bu təcrübənin daha geniş həcmli və aktiv döyüş üçün nəzərdə tutulan PUA-lara da inteqrasiyası nəzərdə tutulur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ HHQ dronların təkmilləşdirilməsində süni zəkadan istifadə edir

2018/09/45756-1537541509.jpg
Oxunub: 417     19:57     21 Sentyabr 2018    