Müharibə əlilləri və şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib - FOTOLAR

2018/09/42215-6150163920.jpg
Oxunub: 1508     17:27     21 Sentyabr 2018    
Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə müharibə əlilləri və şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, bu gün Xocavənd, Beyləqan, Füzuli, Ağcabədi və Bərdə rayonlarından olan müharibə əlilləri və veteranları, o cümlədən aprel döyüşləri zamanı şəhid olan hərbi qulluqçuların ailə üzvləri Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəyə gəliblər.

Hərbi vətənpərvərlik mövzusunda təşkil olunmuş tədbirdə Hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak edib.

Şəhidlərin xatirəsinin anılması, Dövlət himninin səslənməsi ilə start götürən tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun hazırkı gücündən, ölkədə aparılan uğurlu ordu quruculuğundan geniş söhbət açıblar.

Keçmiş döyüşçülər işğaldan azad edilmiş Talış kəndi ətrafındakı strateji yüksəklikləri və digər əraziləri ziyarət ediblər. Burada onlar xidmət aparan şəxsi heyətlə həmsöhbət olaraq onların xidmət şəraiti ilə yaxından tanış olublar. Həmçinin müharibə veteranlarına aprel döyüşləri zamanı burada aparılmış döyüş əməliyyatı haqqında məlumat verilib.

Qonaqlar öz növbələrində şəxsi heyətlə söhbət zamanı hər bir əsgərin arxasında bir veteran ordusunun dayandığını və hər an döyüş əmrini gözlədiklərini diqqətə çatdırıblar.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Tdəbir   Veteran   Əlil   Şəhid  

Müharibə əlilləri və şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib - FOTOLAR

2018/09/42215-6150163920.jpg
Oxunub: 1509     17:27     21 Sentyabr 2018    