Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Serbiya Müdafiə naziri Nenad Miloradoviç bildirib.
O qeyd edib ki, ölkəsi Çin istehsalı orta uçuş yüksəkliyinə və uzun müddətli fəaliyyət bacarıqlarına sahib pilotsuz uçuş aparatlarının alışını planlaşdırır.
Rəsmi məlumata əsasən, artıq tərəflər arasında məsələ ilə bağlı danışıqlara start verilib. Çinin qarşı tərəfin tələbinə müsbət yanaşdığı bildirilir.
Dəyanət Ağalarlı
Ordu.az