Cəlilabadda lüləaltı qumbaraatan mərmisi tapılıb

2018/09/45645-1537533873.jpg
Oxunub: 396     16:43     21 Sentyabr 2018    
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumatlar daxil olub.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Belə ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd partlamamış hərbi sursat (OQ-9) və 1 ədəd təlim məqsədli lüləaltı qumbaraatan mərmisi (VOQ-25P) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

Teqlər: ANAMA   Cəlilabad  

Cəlilabadda lüləaltı qumbaraatan mərmisi tapılıb

2018/09/45645-1537533873.jpg
Oxunub: 397     16:43     21 Sentyabr 2018    