Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraq Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, ordu vilayətin Akaşat şəhərində terrorçular tərəfindən sığınacaq olaraq istifadə edilən mağaralardan birinə hücum edib.
Rəsmi məlumata görə, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 15 üzvü məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az