Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, iyun ayında Almaniya HHQ-nin qabaqcıl “Eurofighter” qırıcı təyyarələrinin əksəriyyəti təmir və baxım məsələlərindən dolayı istifadədən kənarlaşdırılıb.
Almaniya daha öncə Suriyada ABŞ-Britaniya-Fransa birgə əməliyyatına qoşulmaqdan imtina edib. Lakin bu dəfə Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsinin təsdiqlənməsi halında hücuma qoşulacağı mütləq görünür.
Əgər bu baş versə, 1990-cı illərin Balkan Müharibələrindən sonra Almaniya təyyarələrinin bombalama əməliyyatındakı ilk iştirakı olacaq. Əslində Almaniyanın “Tornado” təyyarələri bu vaxta qədər Suriya üzərində kəşfiyyat missiyalarında iştirak edib. Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, onlar gecə vaxtı uça bilmirlər.
Bununla yanaşı Almaniya HHQ Serbiya, Əfqanıstan, Liviya üzərində bir çox kəşfiyyat uçuşları həyata keçirib. Lakin Almaniya ictimaiyyəti və hökuməti müharibəyə qarışmağa çox da isti baxmır.
Hətta Almaniya hökuməti Suriya hökumət qüvvələrinin bombalanmasına göstəriş versə belə, bu əməliyyat yəqin ki, çox məhdud səviyyədə baş verəcək. Buna baxmayaraq yenə də Suriyanın müttəfiqi Rusiyaya məxsus qoşunlar, təyyarələr və havadan müdafiə qüvvələri ilə konfrontasiya riski qalmaqdadır.
Ağalar Ağalarlı
Ordu.az