Mərdəkanda hərbi təyinatı olmayan metal əşya aşkar olunub

2018/09/zzzz-1537366044.jpg
Oxunub: 350     17:36     19 Sentyabr 2018    
Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində partlamamış hərbi sursatlar tapılması barədə məlumatlar daxil olub.

Bu barədə Ordu.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə Yesenin küçəsi 87 ünvanına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ordu.az

Teqlər: ANAMA   Hərbi-Sursat  

Mərdəkanda hərbi təyinatı olmayan metal əşya aşkar olunub

2018/09/zzzz-1537366044.jpg
Oxunub: 351     17:36     19 Sentyabr 2018    