“Raytheon” ABŞ HHQ-nin elektron silah sistemlərini modernizasiya edəcək

2018/09/recei-1537356855.jpg
Oxunub: 333     15:33     19 Sentyabr 2018    
“Raytheon” şirkəti ABŞ HHQ-nin proqram təminatının təkmilləşdirilməsi üçün yeni çevik metodlardan istifadə edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı olaraq tərəflər arasında yeni modernizasiya layihəsinin keçirilməsi üəzrində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət ABŞ HHQ tərkibindəki Hava və Kosmik Əməliyyatlar Mərkəzi Silah Sistemi bazasının təkmilləşdirilməsi üzərində işləyəcək.

Belə ki, ümumi dəyəri 375 milyon dollar olan layihə çərçivəsində şirkət bir sıra yeni proqram təminatlarının sözügedən bazanın silah sistemlərinə inteqrasiyasını həyata keçirəcək.

Məlumata əsasən, daha da təkmilləşdirilmiş elektron sistemlər ABŞ HHQ-nin silahlanmasındakı elektron hərbi vasitələrinin istifadə məqsədlərini genişləndirəcək. Xüsusilə də radar sistemləri və onların kiber hücumlara qarşı müdafiəsi gücləndiriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər:

“Raytheon” ABŞ HHQ-nin elektron silah sistemlərini modernizasiya edəcək

2018/09/recei-1537356855.jpg
Oxunub: 334     15:33     19 Sentyabr 2018    