Hindistan MN: S-400 danışıqları yekun mərhələdədir

2018/09/13970-1537356395.jpg
Oxunub: 403     15:25     19 Sentyabr 2018    
“Əgər Rusiya prezidentinin səfərindən daha öncə bu mümkün olsa, biz qarşı tərəflə müqavilə imzalamağı planlaşdırırıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Hindistan Müdafiə naziri Nirmala Sitharaman bildirib.

O qeyd edib ki, təmsil etdiyi hökumət Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alışında qətiyyətlidir.

“Rusiya ilə S-400 sistemlərinin alışı ilə bağlı danışıqların yekun mərhələsindəyik. Biz bu qərarda qətiyik. Hətta müqavilənin Rusiya prezidenti Putinin rəsmi səfərindən öncə bağlanılması planlaşdırılır”, - deyə Sitharaman vurğulayıb.

Qeyd edək ki, Vladimir Putinin Dehliyə rəsmi səfəri 4-5 oktyabr tarixlərində planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Rusiya   S-400  

Hindistan MN: S-400 danışıqları yekun mərhələdədir

2018/09/13970-1537356395.jpg
Oxunub: 404     15:25     19 Sentyabr 2018    