Qarşıdakı 10 ildə elektron müharibə necə olacaq?| Əsgərsiz ordular dövrü

2018/09/em-1537353699.jpg
Oxunub: 2600     21:40     19 İyul 2019    
Elektron Müharibə texnologiyalarının sürətli inkişafı qarşıdakı dövrlərdə hərbi təchizatın təkmilləşdirilməsi planları daxilində sözügedən texnologiyaların əsas faktora çevriləcəyini deməyə imkan verir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı sektorun əsas oyunçularından olan “BAE Systems” korporasiyasının istehsal xətti üzrə direktoru Kris Rappa bildirib.

O qeyd edib ki, təmsil etdiyi şirkət də daxil olmaqla hazırda bazardakı bir çox kompaniyalar elekton darayıcı oxların təkmilləşdirilməsini başlıca hədəflərdən biri olaraq görür.

Onun sözlərinə görə, şirkət qarşıdakı bir neçə il ərzində kəşfiyyat, nəzarət və axtarış sistemlərinin yeni nəslini təqdim edəcək.

Belə ki, bu sistemlərin təkmilləşdirilməsi, eyni zamanda digər elektron müharibə texnologiyalarında aparılacaq inkişaf istiqamətli işlər gələcək müharibələrin canlı qüvvələrdən daha çox texnoloji zəmində olacağını deməyə imkan verir.

Hətta bu məqsəd bir çox şirkətlər ordu daxilində elektron müharibə bölmələrinin formalaşdırılması üzərində işlərə start veriblər. Bu baxımdan bəzi ordularda canlı qüvvə sayının azaldılması üzərində planlar qurulur. Buna görə də qarşıdakı 10 ildə əsgərsiz qoşunlarla qarşılmağımız ehtimalı olduqca böyükdür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Elektron-Müharibə   BAE-Systems  

Qarşıdakı 10 ildə elektron müharibə necə olacaq?| Əsgərsiz ordular dövrü

2018/09/em-1537353699.jpg
Oxunub: 2601     21:40     19 İyul 2019    