Ukrayna hərbi əzələsini möhkəmləndirməyə davam edir

2018/09/34534-1537347889.jpg
Oxunub: 552     13:03     19 Sentyabr 2018    
Ukrayna son 4,5 il ərzində şərqində davam edən müharibədən qaynaqlanan ehtiyacların qarşılanması məqsədi quru döyüş bölmələrinin yenidən qurulmasını özünün prioriteti edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu il isə o, Hərbi Hava Qüvvələri və donanmasını da bu sıraya əlavə etdi.

Bu addımlar separatçıların fəaliyyətinin ən əsas, uzun müddətli milli təhlükəsizlik təhdidi kimi elan edən milli təhlükəsizlik doktrinasından irəli gələn tədbirlərin tərkib hissəsidir.

Bununla eyni vaxtda Ukrayna həm də öz ordusunun NATO qüvvələri ilə uyğunluq göstəricisini də təkmilləşdirməyə çalışır.

Oktyabr ayında Ukraynanın müasir tarixinin ən geniş miqyaslı hava döyüş təlimləri keçiriləcək. Burada ABŞ HHQ-nin F-15C qırıcılarının iştirakı da nəzərdə tutulub.

“Ukrayna silahlı qüvvələrinin yenidənqurması uğrunda atılan addımlar təkcə Donbasda yerli münaqişə üçün deyil, həm də Rusiya ilə tammiqyaslı müharibə perspektivində edilir”, - deyə Ukraynanın beyin mərkəzi “World Policy Institute”nin müdafiə üzrə təhlilçisi Mikola Bielieskov bildirib.

Hazırda Ukraynanın bütövlükdə aktiv hərbçilərinin sayı 250 min, ehtiyatda olanlar isə 80 min nəfərdir. Bu isə 2014-cü illə müqayisədə iki dəfə çoxdur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Ukrayna hərbi əzələsini möhkəmləndirməyə davam edir

2018/09/34534-1537347889.jpg
Oxunub: 553     13:03     19 Sentyabr 2018    