Seul və Pxenyan de-fakto hücum etməmə sazişi imzalayıb

2018/09/PKSKO-1537346020.jpg
Oxunub: 411     12:23     19 Sentyabr 2018    
Seul və Pxenyan öz sərhədləri yaxınlığında hərbi təlim məşqlərinin dayandırılması və bütün mühafizə postlarının geri çəkilməsinə razılıq veriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün geniş hərbi saziş imzalanıb.

“Hərbi Təyinatlı Tarixi Panmuncom Bəyannaməsinin Tətbiqinə dair Saziş” adlandırılan müqavilə Cənubi Koreya Müdafiə naziri Sonq Yunq-mo və Şimali Koreya Xalq Silahlı Qüvvələr naziri No Kvanq Çol tərəfindən imzalanıb.

Bu müqavilənin imzalanması iki ölkənin liderləri tərəfindən imzalanan Pxenyan Bəyannaməsindən sonraya təsadüf edib.

Müqavilə barəsində açıqlama verən Cənubi Koreya prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Çunq Eyui-yonq bildirib ki, bununla tərəflər de-fakto hücum etməmə sazişi imzalamış oldular.

“Bu sazişlə Cənub və Şimal praktiki olaraq silahlara nəzarətin ilkin səviyyəsini yenidən başlatdılar”, - deyə o bildirib.

Eyni zamanda tərəflər bir-birinə qarşı bütün sahələr üzrə istənilən düşməncə aktın dayandırılmasına, quru, hava və dənizdə hərbi gərginlik və münaqişə mənbəyi ola biləcək addımlardan çəkinməyə razılıq veriblər.

Seul və Pxenyan həm də noyabrın 1-dən etibarən Hərbi Demarkasiya Xətti boyunca bir-birinə hədəflənən müxtəlif hərbi təlimləri dayandıracaq. Buna sözügedən xəttin 5 kilometrliyinə qədər bütün artilleriya təlimləri, sahə təlim məşqlərinin keçirilməməsi də daxildir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Seul   Pxenyan   Saziş  

Seul və Pxenyan de-fakto hücum etməmə sazişi imzalayıb

2018/09/PKSKO-1537346020.jpg
Oxunub: 412     12:23     19 Sentyabr 2018    