ABŞ gələn il Ukraynaya 250 milyon dollarlıq hərbi yardım edəcək - Təsdiqləndi

2018/09/15137-1537345316.jpg
Oxunub: 434     12:17     19 Sentyabr 2018    
Birləşmiş Ştatlar 2019-cı il üzrə Pentaqon üçün nəzərdə tutulmuş büdcə planını təsdiqləyib.

Ordu.az “İnterfax”a istinadən xəbər verir ki, bu büdcədə Ukraynaya növbəti il ərzində ediləcək hərbi yardımın 250 milyon dollara qaldırılması göstərilib.

ABŞ-da yerləşən Ukrayna səfirliyinin yaydığı məlumatda qeyd edilib ki, sözügedən yardım paketinə hərbi təlimlərin keçirilməsi, hərbi ləvazimatların, ölümcül silahların və logistik dəstəyin təmin edilməsi, əvvəlcə təmin edilən silah və hərbi məhsulların əvəzlənməsi daxildir.

Qeyd edək ki, ötən il ABŞ ötən il Ukraynaya hərbi dəstək proqramı çərçivəsində 50 milyon dollarlıq yardım edib. Növbəti il üzrə büdcə planı ABŞ Konqresinin Nümayəndələr palatasının qəbulundan sonra ABŞ prezidentinin təsdiqinə təqdim ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   ABŞ   Hərbi-yardım  

ABŞ gələn il Ukraynaya 250 milyon dollarlıq hərbi yardım edəcək - Təsdiqləndi

2018/09/15137-1537345316.jpg
Oxunub: 435     12:17     19 Sentyabr 2018    