Pentaqon: YPG Münbic Yol Xəritəsinin tərkib hissəsi deyil

2018/09/34534-1537343550.jpg
Oxunub: 360     11:50     19 Sentyabr 2018    
“Biz YPG-nin Münbic Yol Xəritəsinin bir parçası olmayacağında dair razılaşmaya bağlılığımızı saxlayırıq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonda baş tutan mətbuat konfransında açıqlama verən İraqdakı Birləşdirilmiş Ortaq Tapşırıq Qüvvəsinin mətbuat katibi polkovnik Sin Rayan bildirib.

O, rəsmi Vaşinqtonun Suriyanın Münbic şəhərinə dair Türkiyə ilə əldə edilən razılığa sadiq olduğunu və bunun PKK/YPG-ni ehtiva etmədiyini vurğulayıb.

“Mənim müşahidələrimə görə, bölgədə çox az YPG qüvvəsi var. Bu sazişin YPG-ni əhatə etmədiyinə bağlıyıq. Burada stabillikdir, mağazalar işləyir, xalq sərbəst şəkildə hərəkət edə bilir, İŞİD yaxud hər hansı digər arzuolunmaz aktorların fəaliyyətinə dair çox cüzi işarələr var”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ və Türkiyə orduları Münbic Yol Xəritəsinə əsasən iyunun 18-dən etibarən Münbic ətrafında YPG qüvvələrinin buranı tərk etməsini müşahidə etmək məqsədilə müntəzəm patrul reydləri həyata keçirirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Türkiyə   YPG   Terror   Münbic  

Pentaqon: YPG Münbic Yol Xəritəsinin tərkib hissəsi deyil

2018/09/34534-1537343550.jpg
Oxunub: 361     11:50     19 Sentyabr 2018    