Rusiya XİN: Qazaxıstan və Azərbaycan Xəzər dənizində xüsusi tədbirlər görüb

2018/09/23423-1537342601.jpg
Oxunub: 522     11:35     19 Sentyabr 2018    
“Yeni qəbul edilmiş Xəzər dənizi müqaviləsi Əfqanıstandakı ABŞ qoşunlarına qeyri-ölümcül məhsulların tranzitinə əngəl yaratmayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xəzər dənizinə dair danışıqlar üzrə nümayəndəsi İqor Bratçikov danışıb.

“Konvensiya Xəzər dənizi zonasında xarici hərbi mövcudluğu qadağan edir və zənnimcə bu məhdudiyyət tam aydındır. Qazaxıstan və Azərbaycan Xəzər dənizində heç bir üçüncü ölkənin qoşun saxlamamasından əmin olmaq üçün tədbirlər görüb. Bu isə, Əfqanıstandakı ABŞ qoşunlarının təchizatına təsir etməyəcək”, - deyə o bildirib.

Xatırladaq ki, avqustun 12-də Rusiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan və İran prezidentləri Qazaxıstanda Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanı imzalayıb.

Son dövrlərdə Pakistanla arasında meydana gələn soyuqluqdan dolayı ABŞ isə Qazaxıstan və Özbəkistan vasitəsilə Xəzər dənizindən alternativ təchizat xətti formalaşdırılması üzərində çalışır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya-XİN   ABŞ.   Əfqanıstan  

Rusiya XİN: Qazaxıstan və Azərbaycan Xəzər dənizində xüsusi tədbirlər görüb

2018/09/23423-1537342601.jpg
Oxunub: 523     11:35     19 Sentyabr 2018    