Türkiyə Soçi sazişindən sonra İdlibdəki qoşunlarını möhkəmləndirəcək

2018/09/0104e-1537341250.jpg
Oxunub: 308     11:12     19 Sentyabr 2018    
Türkiyə Ankara və Moskva arasında imzalanan Soçi sazişindən sonra Suriyanın İdlib vilayətinə əlavə qoşun göndərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bizim əlavə qoşun gücləndirilməsinə ehtiyacımız var. Türkiyə və Rusiya sərhəd zonalarına birlikdə nəzarət edəcəklər. Mülkilər və mülayim üsyançılar burada qalacaq”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, İdlibin sərhədləri və statusu saxlanacaq, Rusiya hökumət qüvvələrinin buraya daxil olmasının qarşısını alacaq və bu regiona qarşı hücumları əngəlləmək üçün zəruri tədbirlər görəcək.

Çavuşoğlu həm də Türkiyənin buradakı 12 müşahidə postunun qalacağını və dronların üsyançılar və hökumət qoşunları arasındakı təmas xətti boyunca 15-20 kilometrlik bufer zonada müşahidə aparacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Türkiyə Soçi sazişindən sonra İdlibdəki qoşunlarını möhkəmləndirəcək

2018/09/0104e-1537341250.jpg
Oxunub: 309     11:12     19 Sentyabr 2018    