ABŞ Latakiyada İrana məxsus silah deposunun vurulduğunu təsdiqləyib

2018/09/10643-1537339692.jpg
Oxunub: 497     10:54     19 Sentyabr 2018    
Birləşmiş Ştatlar İsrail raketlərinin Suriyanın Latakiya bölgəsində İrana məxsus silah deposunu vurduğunu təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İraqdakı Birləşdirilmiş Ortaq Tapşırıq Qüvvəsi Əməliyyatının mətbuat katibi polkovnik Sin Rayan bildirib.

Onun sözlərinə görə, hücum zamanı İsrail koalisiyaya xəbərdarlıq etmədən, tam müstəqil olaraq fəaliyyət göstərib və koalisiyanın rabitə sistemlərindən də istifadə etməyib.

Rayan hücum nəticəsində isə İran tərəfindən həssas hərbi ləvazimatların saxlanması üçün istifadə edilən təsisat vurulduğunu təsdiqləyib. Bu silahların daha sonra həmin yerdən Livanın “Hizbullah” qruplaşmasına aparılmasının planlaşdırıldığı ehtimal edilir.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu da “Hizbullah”a çatdırılacaq dəqiq və ölümcül raketlərin saxlandığı bazanın vurulduğunu bildirsə də, suriyalı rəsmilər Texniki Sənaye İnstitutunun hədəf alındığını iddia edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   İsrail   Latakiya  

ABŞ Latakiyada İrana məxsus silah deposunun vurulduğunu təsdiqləyib

2018/09/10643-1537339692.jpg
Oxunub: 498     10:54     19 Sentyabr 2018    