Çin MHK: Hərbi əlaqələr Pakistanla münasibətlərimizin əsasını təşkil edir

2018/09/7567-1537339377.jpg
Oxunub: 268     10:41     19 Sentyabr 2018    
“Çin və Pakistan arasındakı hərbi bağlar iki ölkə arasındakı əlaqələrin onurğa sütununu təşkil edir”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Çinin Mərkəzi Hərbi Komissiyasının sədr müavini Zanq Youxia səsləndirib.

Çində səfərdə olan Pakistan Baş Qərargah rəisi general Qəmər Caved Bəcva iki ölkə arasındakı strateji kooperativ partnyorluğun olduğunu dilə gətirib.

Öz növbəsində Zanq Youxia da hərbi əlaqələrin bu partnyorluğun onurğa sütununu təşkil etdiyini və hər iki ölkənin bütün sahələr üzrə praktiki əməkdaşlığa daha böyük diqqət ayırmalı olduqlarını vurğulayıb.

O, Pakistanın yeni hökumətinin platformasında Çinlə əlaqələrin tam şəkildə təşviqinin nəzərdə tutulmasından məmnunluğunu ifadə edib və Pakistanda Kəmər və Yol layihəsi çərçivəsində infrastruktur inşası üçün 60 milyon dollar yatırım ediləcəyini söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Pakistan  

Çin MHK: Hərbi əlaqələr Pakistanla münasibətlərimizin əsasını təşkil edir

2018/09/7567-1537339377.jpg
Oxunub: 269     10:41     19 Sentyabr 2018    