“The Hill”: Polşa ABŞ-a öz ərazisində “Tramp Qalası” açmağı təklif edib

2018/09/56756-1537337906.jpg
Oxunub: 271     10:16     19 Sentyabr 2018    
Polşa prezidenti Andrzey Duda ABŞ-ın öz ölkəsində açmasını istədiyi hərbi bazaya “Tramp Qalası” adı verilməsini təklif edib.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, o, bu barədə dünən Trampla birgə həyata keçirilən birgə mətbuat konfransı zamanı danışıb.

“Mən bir daha təkrarladım ki, Amerikanın Polşada daimi hərbi baza açması bizim üçün çox məmnunedici olacaq və biz onu “Tramp Qalası” adlandıracağıq”, - deyə Duda bildirib.

Öz növbəsində məsələyə münasibət bildirən Tramp Polşanın bu təklifini çox ciddi şəkildə nəzərdən keçirdiyini söyləyib.

“Biz onu çox ciddi nəzərdən keçiririk. Bilirəm ki, Polşa bu fikri çox bəyənir, həm də bizim də nəzərdən keçirdiyimiz bir şeydir”, - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Polşa   ABŞ   Tramp-qalası   Hərbi-baza  

“The Hill”: Polşa ABŞ-a öz ərazisində “Tramp Qalası” açmağı təklif edib

2018/09/56756-1537337906.jpg
Oxunub: 272     10:16     19 Sentyabr 2018    