Əlahiddə Ümumqoşun Ordu təlimlərə başlayıb

2018/09/ordu7-1537335492.jpg
Oxunub: 451     09:40     19 Sentyabr 2018    
Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, dünən Naxçıvan Qarnizonunda yerləşən bütün birləşmə və hissələrin iştirakı ilə təlimə start verilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, keçirilən komanda-qərargah təlim Əlahiddə Ümumqoşun Ordunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşolon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin “Həyacan” siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzularını əhatə edir.

Təlim ssenarisinə uyğun olaraq praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisinə çıxarılıb.

Qeyd edək ki, təlimlər sentyabrın 21-dək davam edəcək.

Ordu.az

Teqlər:

Əlahiddə Ümumqoşun Ordu təlimlərə başlayıb

2018/09/ordu7-1537335492.jpg
Oxunub: 452     09:40     19 Sentyabr 2018    