Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə T-6 “Texan II” markalı hərbi təyyarə olub.
“San Antonio – Randolf” hərbi bazasından havaya qalxan təyyarə San Antonioda çəmənlik əraziyə düşüb. Qəza zamanı təyyarədə olan hər iki pilotun katapultdan istifadə edərək xilas olduqları deyilir.
Xatırladaq ki, ötən həftə də ABŞ Hərbi Hava Qüvvələrinin başqa bir təlim təyyarəsi T-38 “Talon II” qəzaya uğramışdı.
Ağalar Ağalarlı
Ordu.az