KXDR və Cənubi Koreya önəmli hərbi razılıq əldə edib – DETALLAR

2018/09/PYH20-1537336495.jpg
Oxunub: 452     09:13     19 Sentyabr 2018    
Şimali Koreya Koreya yarımadasının nüvə silahları və silahlı münaqişə riskindən azad edilməsi uğrunda əlavə addımlar atmağa razılıq verib.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə qərar Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje-in arasında keçirilən tarixi sammitin ilk günündə qəbul edilib.

“Biz ilk dəfə olaraq nüvəsizləşmə istiqamətində atılan addımları müzakirə etdik. Şimali Koreya “Dongchang-ri” raket atışı və mühərriklərinin sınaq təsisatını əlaqədar ölkələrin ekspertlərinin iştirakı ilə daimi olaraq qapamağa razılıq verib”, - deyə Mun Çje-in bildirib.

Öz növbəsində Kim Çen In da açıqlama verərək ölkələrin Koreya yarımadasında nüvə silahlarının təmizlənməsi və digər bütün təhdidlərin aradan qaldırılması istiqamətində önəmli hesab edilə biləcək qərarların qəbul edildiyini bildirib.

“Sentyabr bəyannaməsi Şimal və Cənub arasındakı əlaqələrdə inkişafın yeni və daha yüksək səviyyəyə daşıyacaq. Eyni zamanda bu sülh və çiçəklənmə dövrünü bir qədər də yaxınlaşdıracaq”, - deyə Kim bildirib.

Bununla yanaşı, Şimali Koreya “Yongbyon” nüvə təsisatının daimi olaraq qapadılması istiqamətində tədbirləri davam etdirməyə maraqlı olduğunu nümayiş etdirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   Cənubi-Koreya   Danışıqlar   Raket-bazası  

KXDR və Cənubi Koreya önəmli hərbi razılıq əldə edib – DETALLAR

2018/09/PYH20-1537336495.jpg
Oxunub: 453     09:13     19 Sentyabr 2018    