“National Interest”: ABŞ HHQ niyə F-15X və yeni F-22 almaq istəmir?

2018/09/received_1162419087255165_1537293714.jpeg
Oxunub: 1267     22:00     18 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri nə “Boeing”in qabaqcıl dördüncü nəsil F-15X təyyarəsini, nə də “Lockheed Martin”in beşinci nəsil F-22 “Raptor” təyyarəsini almağı planlaşdırmır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bunun əvəzində ABŞ HHQ prioriteti olaraq F-35-in istehsalını gücləndirməyi düşünür.

Bununla o, öz eskadrilyasında beşinci nəsil təyyarələrin çəkisini artıra biləcək. Eyni zamanda öz hava dominantlığını qoruyub saxlamaq üçün yeni nəsil texnologiyaların da öyrənilməsini davam etdirəcək.

“Bizim hazırda istifadəmizdə olan təyyarələrin 80%-i dördüncü, 20%-i isə beşinci nəsildir. İstənilən müharibə halı üçün biz daha çoxunu planlaşdırmalıyıq. Daha çox beşinci nəsil təyyarə ciddi fərqlər ortaya qoya bilər və biz bu göstəricini minimum 50-50 etmək istəyirik, bu isə o deməkdir ki, artıq dördüncü nəsil təyyarələr alınmayacaq”, - deyə ABŞ HHQ-nin rəhbəri Hezer Uilson bildirib.

Bu isə əslində yeni xəbər kimi qəbul edilməməlidir. ABŞ HHQ dördüncü nəsil təyyarələrin yenilənməsinə dair bu vaxta qədər heç bir səy göstərməyib. Çünki HHQ fundamental olaraq bu təyyarələrin qarşıdakı onillikdə baş verəcək döyüşlərdə effektiv ola biləcəyinə inanmır.

Həm F-15, həm də F-16 rəqibin hava fəzasının daxilində əməliyyat keçirmək üçün stels texnologiyadan istifadə edə bilsə də, stels imkanına malik olmayan dördüncü nəsil təyyarələrin Rusiyanın S-400, Çinin HQ-9 kimi ciddi havadan müdafiə sistemlərindən sağ çıxma şansı çox azdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   J-15   F-22  

“National Interest”: ABŞ HHQ niyə F-15X və yeni F-22 almaq istəmir?

2018/09/received_1162419087255165_1537293714.jpeg
Oxunub: 1268     22:00     18 Sentyabr 2018    