Yaponiyanın qocalan ordusu: Gələcək boz zonadadır

2018/09/received_326599604568098_1537292059.jpeg
Oxunub: 460     21:36     18 Sentyabr 2018    
Ynobuaki Vataray Yaponiyanın elit hava briqadasına qoşulanda mobil telefonlar demək olar ki mövcud deyildi və müharibə ehtimalı çox uzaqda idi.

Ordu.az “Wall Street Journal”a istinadən xəbər verir ki, hazırda 51 yaşı olan Vataray təlimlərdə helikopterlərdən paraşütlə tullanır.

Orduya ilk dəfə 1986-cı ildə gələn Vataray kimi Yaponiya ordusunda bu yaşda xidmət edən çox sayda hərbçi var. Ordunun qocalması və gənc hərbçilərin ordunun sıralarına cəlb edilməsi Yaponiya hərbi planlaşdırıcıların qarşısında duran əsas çətinliklərdən biridir.

Demoqrafik artımın olmaması və uyğun əmək bazarının olması bu problemin həllini bir qədər də çətinləşdirir. 2017-ci ildə orduda olan kişi hərbçilərin az qala 70%-i üçün əvəzedici axtarılırdı.

Yaponiya ordusunun aktiv hərbçilərinin 37%-i 40 yaşdan yuxarıdır. Müqayisə üçün qeyd edək ki, bu rəqəm ABŞ ordusunda 2016-cı ildə cəmi 9% idi.

Yaponiyanın hazırkı məqsədi 1993-ci ildən sonra doğulmuş təxminən 17 milyon insan arasından 18-26 yaşlı gəncləri orduya cəlb etməkdir. Hazırkı demoqrafik vəziyyətdə isə bu bir qədər çətin görünür.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Ordu  

Yaponiyanın qocalan ordusu: Gələcək boz zonadadır

2018/09/received_326599604568098_1537292059.jpeg
Oxunub: 461     21:36     18 Sentyabr 2018    