Suriyada mövcud olan xarici qüvvələrin statistikası – HESABAT

2018/09/received_701840143507977_1537289855.jpeg
Oxunub: 515     20:52     18 Sentyabr 2018    
Hazırda Suriyada ABŞ və Rusiya başda olmaqla sərbəst şəkildə və beynəlxalq koalisiya tərkibində olmaqla çox sayda dövlət hərbi mövcudluq nümayiş etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Suriyada 5 min hərbçi və 22 baza ilə ən geniş xarici hərbi qüvvəyə sahib ölkədir. ABŞ eyni zamanda nəzarət altında saxladığı regionlarda 50 mindən çox YPG/PKK terrorçusunu da silahlandırır və onlara hərbi təlimlər keçir.

Suriyada hərbi qüvvə saxlayan ölkələr arasında bu baxımdan ABŞ-dan sonra isə ikinci pillədə 2 min hərbçi və 4 bazası olan Rusiya gəlir. Başlarda İŞİD-ə qarşı formalaşdırılan beynəlxalq koalisiyanın əleyhinə fəaliyyət göstərəcəyi iddia edilsə də, Rusiya elə İŞİD-ə ən böyük zərbə vuran ölkələr arasında yer almaqdadır.

İran isə min hərbçi ilə növbəti geniş hərbi qüvvəyə sahib xarici güc olaraq Suriyada fəaliyyətini davam etdirməkdədir. Lakin Tehranın Suriyadakı başlıca hərbi gücü dəstəklədiyi 60-70 min nəfərlik yerli silahlı qruplardır.

İŞİD-ə qarşı beynəlxalq koalisiya tərkibində fəaliyyət göstərən Fransanın Suriyada 500-1000, Almaniyanın isə 100-200 hərbçisi olduğu ehtimal edilir.

Bəzi mənbələrdə Türkiyənin də Suriyada 500-1000 arası hərbi qüvvə saxladığı iddia edilsə də, bununla bağlı hər hansısa rəsmi statistika mövcud deyil.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Türkiyə   ABŞ   Rusiya  

Suriyada mövcud olan xarici qüvvələrin statistikası – HESABAT

2018/09/received_701840143507977_1537289855.jpeg
Oxunub: 516     20:52     18 Sentyabr 2018    