Pakistan donanmasına yeni milli yedək gəmisi təqdim edilib

2018/09/received_317777579031249_1537288100.jpeg
Oxunub: 436     20:30     18 Sentyabr 2018    
Pakistanın “Karachi Shipyard” yerli istehsal etdiyi 32 T yedək gəmisini Pakistan donanmasına təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan donanmasının mətbuat katibi bildirib.

Məlumata görə, 34 metrlik uzunluğa malik gəminin yükgötürmə qabiliyyəti 481 tona bərabərdir. 2x dizel mühərrikə sahib gəminin maksimum sürəti 23 km/saata yaxındır.

Gəminin istifadəyə qəbulu ilə bağlı təşkil olunan mərasimdə çıxış edən Pakistan donanma rəhbərinin köməkçisi Əhtər Muxtar həm Müdafiə Nazirliyinin, həm də gəmiqayırma şirkətinin həyata keçirdiyi işi yüksək qiymətləndirib və gəminin donanmanın gücünə töhfə verəcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pakistan   Donanma  

Pakistan donanmasına yeni milli yedək gəmisi təqdim edilib

2018/09/received_317777579031249_1537288100.jpeg
Oxunub: 437     20:30     18 Sentyabr 2018    