Çin: Yeni Aviadaşıyıcı supergücü?

2018/09/received_539659616472124_1537287115.jpeg
Oxunub: 384     20:09     18 Sentyabr 2018    
Çin Xalq Azadlıq Ordusunun dəniz qüvvələri öz dəniz aviasiya imkanlarını təkmilləşdirmədə əhəmiyyətli proqresə nail olmağa iddialıdır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, donanma tezliklə özünün ilk yerli istehsal aviadaşıyıcısı “Type 001 Shandong”un üçüncü dəniz sınağına başlayacaq.

Eyni zamanda o, bu aviadaşıyıcının uçuş zolağı heyətinin və J-15 təyyarələrinin aviatorlarının əməliyyat qabiliyyətinin təkmilləşdirilməsi üzərində təlimlər həyata keçirir.

“Biz açıq səmada da, pis hava şəraitində də uçuruq. Həmçinin gecə və gündüz təlimə davam edirik. Bu ona görədir ki, biz özümüzlə potensial rəqiblər arasında təcrübə və qabiliyyətlər baxımından fərqi tam dərk edirik. Bizim ağır təlimlərdən və hər dəqiqəni istifadə etməkdən başqa alternativimiz yoxdur”, - deyə donanmanın komandir leytenantı Pey Yinqci bildirib.

ABŞ donanması on illərdir dəniz aviasiyasında üstünlüyə sahib olsa da, XAO hələki aviadaşıyıcı əməliyyatları dünyasında yeni oyunçudur. O, inanılmaz sürətlə bu sahə üzrə imkanlarını təkmilləşdirmə yolunu tutub.

Üstəlik, Çin gecə vaxtı təyyarənin göyərtəyə enməsi üçün prosedurlar da təkmilləşdirib. Bu isə hətta amerikalı dəniz aviatorları üçün də meydan oxuma kimi qəbul edilə bilər.

Buna baxmayaraq, XAO-nun donanması öz aviadaşıyıcısında əməliyyatlarla yanaşı, həm də J-15 üçün döyüş zamanı istifadə edilə biləcək taktikalar, texnikalar və prosedurlar hazırlayıb. Geridə qalan beş il ərzində Çin dəniz patrulları Şərqi və Cənubi Çin dənizinə, həmçinin qərbi Sakit okean bölgəsinə qədər yayılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Aviadaşıyıcı  

Çin: Yeni Aviadaşıyıcı supergücü?

2018/09/received_539659616472124_1537287115.jpeg
Oxunub: 385     20:09     18 Sentyabr 2018    