İŞİD-in Sveydədəki qüvvələrinin sayı kifayət qədər azalıb

2018/09/ISIS--1537269906.jpg
Oxunub: 367     15:21     18 Sentyabr 2018    
Suriyanın cənubunda fəaliyyət göstərən İŞİD terror qruplaşmasına məxsus canlı qüvvənin sayının min nəfər olduğu bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, hərbi kəşfiyyatdan əldə edilən məlumata əsasən, son bir neçə ay ərzində Sveydədə məhv edilən terrorçuların sayı 700-ü keçib.

Sveydə əməliyyatlarının başladığı zaman bölgədə 3 minə qədər canlı qüvvəsi olan terrorçu qruplaşmanın yüzlərlə üzvü yaralanıb və bölgədən uzaqlaşıb.

Məlumata əsasən, hazırda ərazidəki strateji Əl-Səfa dağlarında fəaliyyət göstərən İŞİD-in Sveydədə 1000-1200 arası üzvünün mübarizəni davam etdirdiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İŞİD   Sveydə   SQQ  

İŞİD-in Sveydədəki qüvvələrinin sayı kifayət qədər azalıb

2018/09/ISIS--1537269906.jpg
Oxunub: 368     15:21     18 Sentyabr 2018    