Tükürpədici cinayətin gizlinləri: Dəfələrlə zorlanan erməni əsgər söyüşə dözə bilmədi

2018/09/45645-1537268411.jpg
Oxunub: 2771     14:57     18 Sentyabr 2018    
11 dekabr 2017-ci ildə "N" nömrəli hərbi hissədə öldürülən erməni əsgəri Narek Adibekyanın ölüm işində mühüm faktlar aşkarlanıb.

Ordu.az-ın araşdırmasına görə, Ermənistan hərbi prokurorluğunun müstəntiqi seksual xarakterli hərəkət, qəsb etmə, nizamnamə qaydalarının pozulması və hərbi qulluqçunu xidmət yerində təhqiretmə maddələri olmaqla eyni vaxtda 4 maddə üzrə iş açıb. Buna səbəb "M.M" adlı hərbi qulluqçunun verdiyi izahat olub. Ölüm hadisəsində şübhəli bilinən şəxs barədə ekspertizanın bir-birinə zidd olan iki yekun rəyi var. Ekspertizanın birinci rəyinə görə, o, etdiyi hərəkəti dərk edib, ikinci rəyə görə o, hadisəni törədərkən təsir altında olub.

Qalmaqallı ölümdən bəzi detallar

"M.M" adlı erməni əsgər işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində uzun müddət, təqribən 3 ayadək cinsi zorakılığa və işgəncələrə məruz qalıb. O, baş vermiş hadisədən dərhal sonra könüllü izahat verib və törətdiyi əməli etiraf edib. O bildirib ki, ölən Adibekyan onu daim təqib edib, onun 5 min dram pulunu, ətirini qəsb edib, hadisə baş verən günü isə onun valideynlərini söyüb və nəticədə bu hadisə baş verib.

Onlar bir yerdə döyüş növbətçiliyində olarkən xəlvət silahını doldurub və tək-tək atəş açmaqla Adibekyanı öldürüb. Erməni əsgərini öldürən "M.M" müstəntiqlər və komandirləri tərəfindən sakit təbiətli, kimsəyə ziyan verməyən əsgər kimi xarakterizə edilib.

Ekspertizanın rəyinə görə, erməni əsgər "M.M"-in ovuclarında yanıq izləri, ağız, dodaq, burun və arxa nahiyyəsində xəsarət izləri, düz bağarsağında qan izləri, yırtıqlar və bağırsaq penetrası izləri olub. Müstəntiqlər bu xəsarətlərin Adibekyan tərəfindən törədildiyini sübut ediblər.

Ölən hərbi qulluqçu Adibekyanın vəkili bir nəfərin izahatı əsasında artıq həyatda olmayan şəxsin ittiham olunmasını doğru hesab etmədiyini qeyd edib.

Cinayət işləri üzrə mütəxəssis Ruben Martirosyan isə ekspertizanın gedişində xeyli səhvlərə yol verildiyini qeyd edir. Onun sözlərinə görə, sübutedici əşyaların içində olan giliz, güllə ilə əvəz edilib. Giliz saxlanılsaydı, kimin silahından atəş açıldığını müəyyən etmək mümkün olardı. İndiki halda isə bu mümkün deyil. Artıq müstəntiqlərin hadisə yerinə baxış zamanı saxtakarlığa yol verdiklərinə dair ittiham prokurorluğa təqdim edilib.

Gecə vaxtı hadisə yerinə baxış keçirilərkən müstəntiqlərin hadisə yerini səhv saldığı barədə iddiaları istintaq orqanı qəbul edib. Erməni müstəntiqlər də gecə şəraitinə görə hadisə yerinin incələnməsini səhv saldıqlarını, bunu bilərəkdən etmədiklərini qəbul ediblər.

Hadisə yerində aşkar edilən 6 gilizdən 4 gilizin ölüm işində ittiham olunan şəxsin silahından atıldığı sübuta yetirilsə də, digər 2 gilizin kimin silahına aid olduğu hələ də müəyyən edilməyib. "M.M"-in ifadəsinə görə, ölən Adibekyana qarşı 16 dəfə tək-tək atəş açıb. Ancaq qalan 10 giliz aşkar edilməyib. Məlum olub ki, Narek Adıbekyan rus ordusunda xidmət edib, qanun pozuntusu ilə Ermənistan ordusuna da çağırılıb və daha sonra öldürülüb.

Qeyd edək ki, hərbi hissə komandanlığının istintaqa cəlb olunmaması, istintaq araşdırmasının dalana dirənməsinə səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Cinayət   Zorlanma  

Tükürpədici cinayətin gizlinləri: Dəfələrlə zorlanan erməni əsgər söyüşə dözə bilmədi

2018/09/45645-1537268411.jpg
Oxunub: 2772     14:57     18 Sentyabr 2018    