Ekspert: "Çinin hərbi və iqtisadi gücü inkar edilə bilməz"

2018/09/15684-1537262603.jpg
Oxunub: 304     13:20     18 Sentyabr 2018    
"Birləşmiş Ştatlar Asiya-Sakit okean regionunda Çinin artan gücündən dolayı onun onun üçün bu regionda yer ayırmalıdır".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə konsultasiya firması “Avrasiya Qrup”un rəsmisi Robert Kaplan bildirib.

Onun sözlərinə görə, Asiya təhlükəsizlik baxımından təkcə ABŞ-dan yox, həm də Çin donanması, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarından asılıdır.

Sinqapurda baş tutan sammitdə danışan Kaplan Amerikanın Asiya daxilində ərazi ambisiyası olmayıb, burada aktiv olan yeganə ölkə olduğunu bildirib. O, bunun bir növ balanslaşdırma və gücü stabilləşdirmə addımı olduğunu irəli sürüb.

“Lakin Çin ordusunun yüksəlişini inkar etmək olmaz. ABŞ Asiyada hərbi və iqtisadi olaraq yüksələn Çinə yer açmalıdır. Əsas sual budur ki, nə qədər yer. Bu isə çoxnüanslı siyasət yeritməyi tələb edir”, - deyə Kaplan ifadə edib.

Birləşmiş Ştatlar 2017-ci ildə Trans-Sakit okean Partnyorluğundan çəkildi. Lakin o, ötən ay bu bölgəyə 113 milyon dollar investisiya yatıracağını elan etdi. Digər tərəfdən Çin də buradakı mövcudluğunu artırır. Məsələn Kəmər və Yol Təşəbbüsü buna bir nümunədir.

Kaplan bildirib ki, tərəflər arasında başqa bir mübarizə sahəsi isə kibermünaqişə və kiber yarışdır. Şəbəkələşmiş dünya və texnologiya qlobal siyasətin daha əhəmiyyətli elementi olmaq üzrə irəliləyir. Sərhədlər xarici kiberhücumlar gümanki davam edəcək və onların miqyası daha öncə görülməmiş səviyyədə olacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin  

Ekspert: "Çinin hərbi və iqtisadi gücü inkar edilə bilməz"

2018/09/15684-1537262603.jpg
Oxunub: 305     13:20     18 Sentyabr 2018    