Əsədin Beynəlxalq Ordusu: Suriyada döyüşən kimlərdir? – ARAŞDIRMA

2018/09/5-6149025848.jpg
Oxunub: 3749     11:36     18 Sentyabr 2018    
Suriyadakı vətəndaş müharibəsinin lap əvvəlindən İran demək olar ki, çox vacib rollardan birini ifa edir. Müharibənin ilk günlərində İran rəhbərliyi dərhal Bəşər Əsəd hökumətinə hərbi yardım göstərmək üçün tədbirlər gördü. Suriyaya İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri, hərbi mütəxəssisləri və təlimatçıları gəldilər. Suriyada İran hərbçiləri ilə yanaşı, rəsmi olaraq İrana tabe olmayan, lakin Tehranın faktiki komandanlığı altında mübarizə aparan bir çox birləşmələr də mövcuddur. Burada söhbət əsasən, könüllü və ya muzdlu əsaslarla formalaşdırılan hərbi dəstələrdən gedir. Suriyada hazırda bir neçə belə nizami olmayan birləşmə mövcuddur.

Suriya müharibəsinin ən böyük və ən aktiv iştirakçısı Livanın "Hizbullah" qruplaşmasıdır. 1982-ci ildə Beyrutda yaradılan bu təşkilatın adı "Allah Ordusu" kimi tərcümə olunur və Livanda çox sayda tərəfdarları mövcuddur. "Hizbullah" yarandığı gündən etibarən etibarən, İranın Livanda maraqlarının əsas rəhbəri olan İran İslam İnqilabı Keşikçıləri Korpusu ilə sıx əlaqələr saxlayır.

"Hizbullah" lideri 58 yaşlı Şeyx Həsən Nəsrullah İranın Qum şəhərində dini təhsil alıb. "Hizbullah"ı güclü bir hərbi quruluşa və nüfuzlu bir siyasi partiyaya çevirən məhz bu adamdır. Bu gün Livan əhalisi iddia edir ki, "Hizbullah"ın köməyi ilə İsrail ordusunu on beş il yerləşdiyi cənubi Livandan çəkilməyə məcbur etmək mümkün olub. Bu xidməti yerli əhali şəxsən Şeyx Nəsrullahın adı ilə bağlayır. Digər Yaxın Şərq radikal təşkilatları ilə müqayisədə "Hizbullah" çox güclü resurslara malikdir – o, tam bir orduya, siyasi qanada, maliyyə qurumlarına, Latın Amerikasından belə səpələnən nümayəndəlik şəbəkəsinə və s. malikdir.

Əlbəttə ki, qonşu Suriyadakı vətəndaş müharibəsi baş verəndə "Hizbullah" kənarda qala bilməzdi. Birincisi, partiya rəhbərliyi tərəfindən Suriyadakı mövcudluqlarını izah etmək üçün, sərhəd qəsəbələrində yaşayan Livan əhalisinin təhlükəsizliyinin təminatı bəhanəsindən rəsmi bir səbəb kimi istifadə olundu. İkincisi, Bəşər Əsəd, atası Hafiz Əsəd kimi, həmişə "Hizbullah"ı himayə edir və onunla daim sıx əlaqələr saxlayır. Üçüncüsü, bu, vətəndaş müharibəsində iştirak tərəfdaşı olduğu İrana ümumi kömək kimi dəyərləndirir. Müharibənin əvvəllərində "Hizbullah" Suriyadakı vətəndaş müharibəsində döyüşçülərinin iştirakını böyük səylə inkar edirdi, lakin 2013-cü ilin mayın 4-də partiya liderlərindən olan Amin Əl-Sayad "Hizbullah" əsgərlərinin Suriyada "müqəddəs ziyarətgahların Qərb və İsrail təsirindən qorunması üçün" iştirakını təsdiqlədi.

Suriyada "Hizbullah" müharibənin ən güclü iştirakçılarından birinə çevrilib, çünki silahlı və təlimli birliklərə malikdir. Lakin Suriya müharibəsində ərazilərin əsas hissəsi azad edildikdən sonra Əsəd tərəfdarları ilə "Hizbullah" arasında aydın ziddiyyətlər ortaya çıxıb. Suriya hökuməti "Hizbullah"ın Suriya torpaqlarında uzun müddət qalmasını və Suriya-Livan ticarətini də əhatə edən sərhəd bölgələrinə nəzarət etməsini arzu etmir.

"Hizbullah"ın Suriyada qalması Moskvaya da sərf etmir. Moskva Dəməşqdə özünə şərik qoşmaq istəmir. Lakin Rusiya İran, Suriya və "Hizbullah"la yanaşı İsrail ilə də normal münasibətlərə malikdir. Bütün dünya liderlərinin Moskvadakı 9 may "Qələbə Günü"ndə Rusiyaya gəlməkdən imtina etdiyi bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahu bütün gününü Vladimir Putinlə birgə keçirdi. Başqa bir tərəfdən isə "Hizbullah"ın Suriyadan çəkilməsi ikinci vacib tərəfin - İranın maraqlarına da ziddir.

Yeri gəlmişkən, Suriyada "Hizbullah"ın təlimləri üçün İran İslam İnqilabı Keşikçıləri Korpusunun "Əl-Qüds" xüsusi birləşməsinin komandiri, general Qasım Süleymani cavabdehdir. Ötən 18 il ərzində o, "Əl-Qüds" kimi elit briqadaya rəhbərlik edib, buna qədər isə İranın Kirman əyalətindəki hərbi hissələrdə xidmət edərək ölkəyə Əfqanıstandan heroin gətirən yerli narkotik tacirlərinə ciddi zərbələr endirib. Bu zabit İranın ən təcrübəli hərbi rəislərindən biri hesab edilir, həm Qərb, həm də Rusiya KİV-ləri İranın Suriyadakı bütün əməliyyatlarını onun adı ilə bağlayırlar.

Lakin Livanın "Hizbullah" hərbi və siyasi təşkilatı Suriya ərazisində döyüşən yeganə təşkilat deyil. Müharibənin başlanmasından sonra İranın dəstəyi ilə İraqdan, Əfqanıstandan, Pakistandan gənc döyüşçülər dəvət edilərək könüllü briqadalar təşkil edildi. Daha əvvəllər Rusiyadan olan"Vaqner" kimi könüllü hərbi birliklərin iştirakı barədə ayrıca olaraq məlumat vermişdik.

2014-ci ilin noyabrında Əfqanıstan vətəndaşlarından ibarət "Fatimiyun Liva" (Fatimiyun Briqadası) yaradıldı, sonra isə diviziyaya çevrildi. Bu Məhəmməd peyğəmbərin kiçik qızı Fatimənin adı ilə bağlı olan diviziya, 36 illik tarixi olan "Hizbullah"dan fərqli olaraq, sırf Suriyaya transfer etmək üçün yaradılmışdı. Briqada komandirləri ilkin mərhələdə İranla birbaşa bağlantıları olduğunu təkzib etmələrinə baxmayaraq, aydın idi ki, onun yaradılmasında İnqilab Keşikçiləri Korpusunun əməkdaşları da fəal iştirak ediblər.

Məlumdur ki, briqadanın əsasən tərkibi Əfqanıstan əhalisinin 10%-ni təşkil edən monqol-türk əsilli xəzərlərdən ibarət idi.

Briqadaların sayı müxtəlif dövrlərdə 10-12 min nəfərdən 20 min nəfərədək dəyişirdi. Təbii ki, briqadanın tərkibi könüllülərdən komplektləşdirilir, onların say tərkibində heç zaman personal çatışmamazlığı olmurdu. Xəzərləri Əfqanıstandakı yoxsul yaşayış şəraiti qane etmir. Ənənəvi olaraq, çoxları iş yeri tapmaq üçün İrana köç etməyə çalışır. Lakin bütün xəzərlərə iş icazəsi almaq və bütün lazımi sənədləri toplamaq nəsib olmur. Buna görə də, bir çox gənc ya dini-ideya baxımından, ya da silah, geyim və yemək əldə etmək məqsədilə "Fatimiyun" kimi hərbi birliklərə könüllü olaraq yazılmağa üstülük verir.

Xəzərləri İranda yetişdirir və təchiz edir, sonra Suriyaya göndərirlər, burada isə döyüş yolu başlayır. Lakin, "Fatimiyun" döyüşçüləri arasında yalnız çox gənc oğlanlar deyil, həm də Əfqanıstanda bir neçə silahlı qarşıdurmada iştirak edən təcrübəli döyüşçülər də mövcuddur. Fərqli zamanlarda xəzərlər sovetlərə, taliblərə, amerikalılara və mücahidlərə qarşı döyüşüblər.

Əlbəttə ki, bütün xəzərlərin Suriyada yalnız maddiyata görə mübarizə apardıqlarını düşünmək yanlış olardı. Onların bir çoxları müqəddəs dini məkanları və abidələri müdafiə edərək ideoloji səbəblərdən dolayı mübarizə aparır. Bundan əlavə, xəzərların Əsədə qarşı mübarizə aparan digər dini təriqət nümayəndələri ilə öncədən öz haqq-hesabları da mövcuddur.

Xəzərlər, eyni zamanda Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə ayrı-seçkiliyə məruz qaldıqları üçün, onların tərəfdarlarına qarşı Suriyada mübarizə apardıqlarına inanırlar.

Yeri gəlmişkən, Əfqanıstan hökuməti vətəndaşlarının könüllü olaraq Suriya müharibəsində Əsəd tərəfində iştirakını mənfi qiymətləndirir. Birincisi, Əfqanıstanda, digər təriqət hakim dini icmadır. Bir çox əfqan Əsədə qarşı da döyüşür. İkincisi, daha önəmlisi, Kabil əsasən ABŞ yardımından asılı vəziyyətdədir, xəzərlərin isə Əsəd tərəfində döyüşməyi, təbii ki, Vaşinqtonun etirazına səbəb ola biləcək fəaliyyət hesab olunur.

Suriya müharibəsində iştirakı ərzində "Fatimiyun" briqadası ən çətin bölgələrə göndərilir, buna görə də onlar arasında çox yüksək itkilərin olmasında təəccüblü heç bir şey yoxdur. Yalnız Hələbdə və Derada "Fatimiyun" briqadasından azı 700 nəfər həlak olub. 2016-cı ilin fevralın 3-də Suriya qoşunları Hələb əyalətinin şimalındakı Nubel və Əz-Zəhra şəhərlərinin mühasirəsini yarmaq üçün zərbə qüvvəsi kimi "Hizbullah" və xəzərlərdən formalaşan "Fatimiyun" briqadasından istifadə etdi.

"Fatimiyun"dan sonra diqqəti cəlb edən digər qruplaşma Peyğəmbər nəvəsi Zeynəb bint Əli şərəfinə "Zaynabiyun liva" (Zeynəb ardıcılları Briqadası) adlanan silahlı birləşmədir. "Zainabiyun" əsasən Pakistan vətəndaşlarından ibarət könüllülərdən təşkil edilib. 2013-ci ildən onlar əfqanlar ilə birlikdə "Fatimiyun" tərkibində xidmət edirdilər. Lakin Pakistandan könüllülərin sayının artması ilə, ayrıca bir qurum yaratmaqla bağlı qərar qəbul edildi. Əvvəlcə, Suriya ərazisindəki müqəddəs məkanların qorunması vəzifəsini daşıyan "Zaynabiyun" sonradan Hələb və Deradakı çoxsaylı hərbi əməliyyatlarda iştirak etməyə başladılar.

"Fatimiyun"la olduğu kimi "Zeynəb əsgərləri"nin hazırlanmasını da İran hərbçiləri həyata keçirir. Könüllülər əsasən Pakistan şimal-qərbindəki Paraçinardan gəlir. Yeri gəlmişkən, 2015-ci ilin dekabrında bu şəhərin bazarında baş verən terror aktında 23 nəfər həlak olub. "Ləşkəri-Cəngvi" terrorçuları Suriyada Bəşər Əsədin tərəfində döyüşlərdə iştirak üçün paraçinarlılardan bu yolla qisas aldılar.

Əlbəttə, Suriya müharibəsi İraqdan da yan keçməyib. 2013-ci ildə Şeyx Əkrəm əl-Kaabinin başçılıq etdiyi və Ərəb milislərindən ibarət birləşmə yaradıldı. İraq silahlılarının da təminatını İran tərəfi öz üzərinə götürdü. Onun tərkibinə "Liva Ammar ibn Yasir" ( Əmmar ibn Yasir briqadası), "Liva Əl-Hamad" (Mədh Briqadası), "Liva Əl-İmam əl-Həsən əl-Müştaba" (Seçilmiş İmam Həsən briqadası) və Colan Qurtuluş Briqadası daxil oldu. Sonuncu briqadanın adı onun təyinatı ilə sıx bağlıdır. Demək olar ki, "Hərəkat Hizbullah Ən-Nücəba" yaradılandan dərhal sonra onu Suriyadakı müharibəyə göndərdilər. Əfqanlar, livanlılar və pakistanlılar ilə bərabər iraqlılar da 2015-ci ildə Hələbin, 2016-cı ildə isə Nubel və Əz-Zəhranın azad edilməsində əsas rol oynayaraq böyük itkilərə məruz qaldılar. İraq könüllüləri ölkələrində İŞİD-in vəhşiliklərinin şahidi olduqları üçün onlara qarşı mübarizə aparmaq üçün daha çox ideoloji əsaslara malikdir. Yəni əslində bu eyni insanlara və qruplaşmalara qarşı eyni savaş idi.

Belə ki, Suriyada davam edən 7 illik vətəndaş müharibəsi ərzində hökumət qüvvələrini dəstəkləyən çoxsaylı Rusiya, İran, İraq, Livan, Əfqanıstan və Pakistandan olan könüllü birləşmələr böyük əhəmiyyət kəsb edir. Dəməşq tərəfindən mübarizə aparanların sayı, müxalifət qoşunlarından daha çoxdur. Əsas könüllü "axınını" İran təmin edir.

Lakin hazırda belə bir sual yaranır: hərbi əməliyyatların tədricən dayandırılmasıdan sonra bütün könüllülərin sonu nə olacaq? İraq və Livan vətəndaşları ola bilər ki, "tort" payını alıb ölkələrinə çəkilsin. Lakin on minlərlə silahlı peşəkar könüllülər necə olacaq? Onların evlərinə dönməsi də, dönməməsi də böyük problemlər yaradacaq. Əlavə olaraq, hər bir briqadanın və hər bir ölkənin Suriyadan öz payını tələb edəcəyi də şübhəsizdir. Deməli, Suriya irəlidə hələ çox sayda problemləri həll etməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SQQ   Rusiya   İran  

Əsədin Beynəlxalq Ordusu: Suriyada döyüşən kimlərdir? – ARAŞDIRMA

2018/09/5-6149025848.jpg
Oxunub: 3750     11:36     18 Sentyabr 2018    