Donbasda 2 separatçı zərərsizləşdirilib

2018/09/18_01-1537254883.jpg
Oxunub: 244     11:13     18 Sentyabr 2018    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini 21 dəfə pozublar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı separatçı qüvvələr 82 və 120 mm-lik minaatanlardan, iriçaplı pulemyotlardan və kiçik silahlardan istifadə ediblər.

Hücum nəticəsində Ukrayna ordusunun itki vermədiyi separatçılardan isə azı bir nəfərin məhv edildiyi, birinin isə yaralandığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   Donbas  

Donbasda 2 separatçı zərərsizləşdirilib

2018/09/18_01-1537254883.jpg
Oxunub: 245     11:13     18 Sentyabr 2018    