Cənubi Koreya prezidenti Pxenyanda nəyi müzakirə edəcək? – DETALLAR

2018/09/PCM20-1537254610.jpg
Oxunub: 340     11:06     18 Sentyabr 2018    
Cənubi Koreya prezidenti Mun Çje-inin və xanımını daşıyan təyyarə bu gün yerli vaxtla 08:55-də Seul aeroportundan havaya qalxdıqdan təxminən 1 saat sonra Pxenyana enib.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, onu Pxenyan aeroportunda Şimali Koreya prezidenti Kim Çen In və birinci xanım Ri Sol-cu qarşılayıb.

Cənubi Koreya prezidenti ilə təxminən 110 nəfərə yaxın nümayəndə heyətinin qarşılanma anında səmimi görüntülər qeydə alınıb. Onların bu gün nahar yeməyindən sonra ilk rəsmi görüşü həyata keçirməsi gözlənilir.

“Bir məqsəd Koreyalararası əlaqələrin inkişafının davamlılığını təmin etmək, digəri isə Şimali Koreya ilə ABŞ arasında Koreya yarımadasının nüvəsizləşməsi məqsədi ilə aparılan danışıqları təşviq etməkdir”, - deyə Mun bildirib.

Onun sözlərinə görə, əgər ABŞ-la KXDR arasında dialoqun yenidən başlanmasına nail ola bilsə, onda səfəri uğurlu hesab etmək olar.

Qeyd edək ki, Mun Şimali Koreya paytaxtına səfər edən üçüncü Cənubi Koreya prezidentidir. Səfərdən öncə Cənubi Koreya lideri nüvəsizləşmə danışıqlarının növbəti mərhələyə daşınılmasına çalışacağını bildirib.

Bu görüş adıçəkilən prezidentlərin bu ilki üçüncü görüşüdür. Bundan öncə onlar aprelin 27-si və mayın 26-da bir araya gəliblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Dövlət katibi Mayk Pompeonu Şimali Koreya səfərini ləğv etməyə çağırmasından sonra nüvəsizləşmə istiqamətində aparılan danışıqlar dalana dirənib. Kim isə bu ayın əvvəlində Munun nümayəndəsi ilə görüşdə nüvəsizləşmə üzrə v erdiyi vədlərə sadiqliyini bəyan edib və Trampın ilk prezidentlik dövrünün sonuna qədər bu prosesin başa çatmasını arzuladığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   ABŞ   Danışıqlar   CəbubiKoreya  

Cənubi Koreya prezidenti Pxenyanda nəyi müzakirə edəcək? – DETALLAR

2018/09/PCM20-1537254610.jpg
Oxunub: 341     11:06     18 Sentyabr 2018    