Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, o, səfəri çərçivəsində Gürcüstan hökumətinin nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, Qutemüller sonuncu dəfə 2017-ci ilin mayında Gürcüstana səfər edib. Bu ayın 5-də isə Gürcüstanın Uzlaşma və Sivil Bərabərlik naziri Ketevan Tsixelaşvili və Xarici İşlər nazirinin müavini David Dondua ilə görüşüb.
Qutemüller görüşlər zamanı NATO-nun Gürcüstana verdiyi siyasi və praktiki dəstəyin davam edəcəyini vurğulayıb və onun beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən məmnunluğunu dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az