“Türkiyə İdlibdə Rusiya ilə əməkdaşlıq edəcək” – Ərdoğan

2018/09/456456_1537193010.jpg
Oxunub: 1203     18:02     17 Sentyabr 2018    
“Türkiyə Suriyanın şimal-qərbində anti-terror əməliyyatları üçün Rusiya ilə əməkdaşlığa hazırdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, əsas etibarilə Türkiyə və Rusiyanın İdlibdəki maraqları üst-üstə düşür.

“Əgər İdlibdə hadisələr indiki axarında cərəyan etsə, o halda nəticələr çox ağır olacaq. Biz Rusiya ilə yekdil bir həll yolu axtarışındayıq. Bilirsiniz ki, ABŞ-ın bu məsələdə mövqeyi fərqlidir. Almaniya və Fransa rəsmiləri ilə də məsələni müzakirə etmişik. Biz İdlibdə terrorla mübarizə əməliyyatları üçün Rusiya ilə əməkdaşlığa hazırıq, lakin beynəlxalq birlik bu məsələdə yekdillik nümayiş etdirməlidir”, - deyə Ərdoğan vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   İdlib   Putin  


Bizi "telegram"da izləyin