“Hydra 70” raketləri: Gələcək müharibə vasitəsi

2018/09/345345_1537192626.jpg
Oxunub: 828     20:53     17 Sentyabr 2018    
“Hydra-70” raketləri ABŞ üçün hərbi sənaye vasitələri arasında ən əhəmiyyətli ixrac məhsulu olaraq yer almaqdadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı raketin əsas istehsalçısı “General Dynamics” şirkətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, ən son bağlanan 44,3 milyon dollarlıq müqavilə “Hydra-70” raketləri ilə bağlı 19-cu ixrac kontraktı idi.

Belə ki, 2005-ci ildən satışına başlanılan raketlərin 30-a qədər ölkəyə satışına dair 19 müqavilə imzlanıb.

Məlumata əsasən, bunlardan əhəmiyyətliləri 2005-ci ildə ABŞ HHQ üçün bağlanılan 900 milyon dollarlıq, 2011-ci ildə müxtəlif NATO müttəfiqlərinə satışlar üçün bağlanan 286 milyon dollarlıq müqavilələr olub.

Şirkət bu ana qədər raketlərin satışı ilə bağlı 8-i ABŞ, 11 xarici ölkələrlə olmaqla ümumilikdə 19 layihəyə imza atıb.

Bu layihələr çərçivəsində 8 mindən çox raket istehlakçı dövlətlərə təqdim edilib ki, bunun qarşılığında da şirkət 4 milyard dollara yaxın gəlir əldə edib.

Qeyd edək ki, son olaraq ötən həftə şirkət raketlərin Nigeriya, Əfqanıstan, Avstraliya və İndoneziyaya satışı ilə bağlı 44,3 milyon dollarlıq müqavilə imzalayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hydra-70   General-Dynamics  

“Hydra 70” raketləri: Gələcək müharibə vasitəsi

2018/09/345345_1537192626.jpg
Oxunub: 829     20:53     17 Sentyabr 2018    