ABŞ HHQ-nin rəhbəri: “Yüngül hücum hərbi texnikadan daha artıq məna kəsb edir”

2018/09/XZSVHPAQE5EHTBFDZ3W54TKKGE_1537191808.jpg
Oxunub: 480     22:18     17 Sentyabr 2018    
Yüngül hücum dedikdə əsasən ABŞ Hərbi Hava Qüvvələrinin OA-X yüngül hücum eksperimenti kimi başa düşülür. Bu isə əsasən qiymət olaraq effektiv yaxın hava dəstək təyyarəsinin əldə edilməsi mənasına gəlir.

Ordu.az xəbər verir ki, reallıqda isə bu proqram həm də digər partnyor dövlətlərin qabiliyyətlərinin artırılması üçün nəzərdə tutulur.

Əgər bir dövlət hansısa qiyamçı qüvvəyə qarşı əməliyyatda ABŞ-a qoşulmaq istəsə, lakin son texnologiyalı qırıcı təyyarəsi olmasa, ABŞ onlara informasiya şəbəkəli yüngül hücum təyyarəsi təklif edə bilər.

ABŞ HHQ-nin komandanı Deyv Qoldfeynə görə, belə beynəlxalq HHQ rəhbərləri əsasən bu informasiyanın necə paylaşılmalı olduğunu düşünsələr də, əsl məsələ başqadır.

“Əsas sual budur ki, biz ABŞ-a qoşulan dövlətlərlə informasiyanı necə paylaşa bilərik ki, onlar bizim təkcə hərbi deyil, həm də mənəvi üstünlüyümüzü qaldırsın”, - deyə Qoldfeyn bildirib.

O, ABŞ HHQ-nin hazırlaşmalı olduğu gələcək müharibələrdən danışarkən, növbəti böyük müharibənin hərbi texnika tərəfindən həll edilməyəcəyini, əvəzində partnyor ordular arasında kəşfiyyat materiallarının effektiv və cəld paylaşımından asılı olacağını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Hərbi-texnika   HHQ   Yüngül-hücum  

ABŞ HHQ-nin rəhbəri: “Yüngül hücum hərbi texnikadan daha artıq məna kəsb edir”

2018/09/XZSVHPAQE5EHTBFDZ3W54TKKGE_1537191808.jpg
Oxunub: 481     22:18     17 Sentyabr 2018    