Almaniya Yaxın Şərqdə hərbi baza aça bilər

2018/09/german_1537190465.jpg
Oxunub: 366     19:20     17 Sentyabr 2018    
Almaniya Müdafiə naziri Ursula von der Leyen İraqa səfər edərək buradakı alman əsgərlərini ziyarət edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, iraqlı həmkarı İrfan əl-Xəyali ilə Almaniyanın ölkədəki rolunu müzakirə edib.

O bildirib ki, azı oktyabrın 31-ə qədər Almaniya buradakı mövcudluğunu davam etdirəcək. Eyni zamanda bu müddətin uzadılması da mümkündür və Almaniyanın məqsədi İraqın stabilliyini bərpa etməkdir.

Almaniya bu il hərbi təlim fəaliyyətlərini İraqın mərkəzi bölgələrində cəmləyib. Eyni zamanda Almaniya qüvvələri İraq Müdafiə Nazirliyi ilə koordinasiyalı olaraq, yerli hərbçilərə minatəmizləmə, nüvə, bioloji, kimyəvi silahlara qarşı müdafiə taktikaları kimi təlimlər keçirlər.

Almaniyanın Yaxın Şərqdə hərbi bazaya ehtiyacı olub-olmamasına dair suala cavab verən Leyen, ilk öncə buradakı missiyanın uğurla tamamlanmalı olduğunu, lakin həm də baza açılmasını istisna etmədiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Almaniya   Yaxın-Şərq  

Almaniya Yaxın Şərqdə hərbi baza aça bilər

2018/09/german_1537190465.jpg
Oxunub: 367     19:20     17 Sentyabr 2018    