Biləsuvarda partlamamış hərbi sursatlar tapılıb

2018/09/15370-1537030312_1537031188.jpg
Oxunub: 298     00:50     16 Sentyabr 2018    
Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə sentyabrın 1-dən 15-dək baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən partlamamış iki hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 8100 kvadratmetr əraziyə yerüstü və 405 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

On beş gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən, ümumilikdə, müxtəlif növ partlamamış 766 hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 avtomatı aşkar olunub, 141.800 kvadratmetr əraziyə yerüstü və 8455 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ordu.az

Teqlər: ANAMA   Biləsuvar  

Biləsuvarda partlamamış hərbi sursatlar tapılıb

2018/09/15370-1537030312_1537031188.jpg
Oxunub: 299     00:50     16 Sentyabr 2018    