İİKK: ABŞ İrana qarşı potensial müharibədə məğlub olacaq

2018/09/F33E0ADA-FEAA-4425-BE12-57AD05DB1208_w650_r1_s_1537029000.jpg
Oxunub: 289     00:47     16 Sentyabr 2018    
“Birləşmiş Ştatlar istənilən halda beynəlxalq dəstəyin azlığı və Silahlı Qüvvələrimizin hazırlığına görə, belə bir müharibədən məğlub çıxacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran İnqilab Keşikçiləri Korpusunun komandan köməkçisi briqada generalı Hüseyn Səlami səsləndirib.

O bildirib ki, həm siyasi şərtlərin uyğunsuzluğu, həm də müttəfiqlərindən dəstək ala bilməməsindən dolayı ABŞ İrana qarşı hücum planını ləğv edib.

Ayətullah Xameneyinin fikirlərini xatırladan general, ABŞ-ın İrana qarşı müharibədə şansının sıfıra bərabər olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda ABŞ baxımından belə bir müharibə üçün heç bir şans yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   ABŞ  

İİKK: ABŞ İrana qarşı potensial müharibədə məğlub olacaq

2018/09/F33E0ADA-FEAA-4425-BE12-57AD05DB1208_w650_r1_s_1537029000.jpg
Oxunub: 290     00:47     16 Sentyabr 2018    