Türkiyədə ödənişli hərbi xidmət üçün yarım milyon vətəndaş müraciət edib

2018/09/645x344-half-a-million-apply-for-paid-military-exemption-in-turkey-1537001071573_1537028143.jpg
Oxunub: 839     00:24     16 Sentyabr 2018    
Türkiyədə ödənişli hərbi xidmətlə bağlı qərar verildiyi gündən etibarən çox sayda vətəndaş müraciət edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Türkiyə Baş Qərargahı yayıb.

Bildirilib ki, bu ana qədər ödənişli hərbi xidmət keçməklə bağlı müraciət edənlərin sayı 515 min nəfər olub.

1 yanvar 1994-cü il tarixdən daha öncə doğulan və hərbi xidmətə yararlı olduğu halda, hələ də hərbi xidmət keçməyən şəxsləri əhatə edən ilk qeydiyyat dövrü 3 avqust – 3 noyabr tarixləri boyunca aktiv olacaq.

Qeyd edək ki, 26 iyulda ratifikasiya edilən yeni qərara əsasən, Türkiyə vətəndaşları istəyə bağlı olaraq 15 min lirə ödəniş qarşılığında hərbi xidmət dövrlərini azalda bilərlər.

Belə ki, qeyd olunan ödəniş qarşılığında universitet dərəcəsinə sahib şəxslər 6 ay əvəzinə 14 gün, olmayanlar isə 12 ay əvəzinə 21 gün hərbi xidmət keçə biləcəklər.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Hərbi-Xidmət  

Türkiyədə ödənişli hərbi xidmət üçün yarım milyon vətəndaş müraciət edib

2018/09/645x344-half-a-million-apply-for-paid-military-exemption-in-turkey-1537001071573_1537028143.jpg
Oxunub: 840     00:24     16 Sentyabr 2018    