SAHA EXPO-da yeni teleskop yüksəltmə sistemi təqdim edilib

2018/09/thumbs_b_c_a47abfac4d57814fb635393e55f4ac64_1537024431.jpg
Oxunub: 277     23:11     15 Sentyabr 2018    
Türkiyənin MILMAST firmasının mühəndisləri tərəfindən ərsəyə gətirilən teleskop yüksəltmə sistemi SAHA EXPO-2018 sərgisində nümayiş etdirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni sistem bu vaxta qədər idxal sayəsində ehtiyacın qarşılandığı sahədə artıq ixraca imkan yaradacaq.

Yüksək texnoloji elektromexanik karbon kompozit teleskop yüksəltmə sistemləri ağır yükləri təhlükəsiz şəkildə daşımağa qadirdir. Yüksək müqavimətə malik sistem 3-15 metr hündürlüyə qədər yüksələ bilir.

Sistemin ilk istifadəçisi isə ASELSAN olub. Bu ilin fevralında ASELSAN-a təqdim edilən ilk sistemlər şirkət tərəfindən “İhtar” anti-dron sisteminin hazırlanmasında istifadə edilib.

Sistemin əsas üstünlüyü isə son dövrlərdə münaqişələrin əsasən baş tutduğu məhəllə döyüşlərində, zirehli quru vasitələrinəə geniş imkanlar təmin etməsidir. O, kamera, radar, silah sistemləri və s-i 15 metr yüksəkliyə qədər qaldıra bilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SAHA-EXPO-2018  

SAHA EXPO-da yeni teleskop yüksəltmə sistemi təqdim edilib

2018/09/thumbs_b_c_a47abfac4d57814fb635393e55f4ac64_1537024431.jpg
Oxunub: 278     23:11     15 Sentyabr 2018    