“100 il öncə də bir yerdəydik, indi də bir yerdəyik” - Prezident (Yenilənib)

2018/09/15370-1537041685_1537091075.jpg
Oxunub: 806     19:57     15 Sentyabr 2018    
“100 il öncə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu və könüllülərlə bigə Bakı işğalçılardan azad edildi”.

Ordu.az xəbər verir ki, bu sözləri prezidenti İlham Əliyev Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı səsləndirib.

Açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür cümləsi ilə edən, prezidentimiz qeyd edib ki, bu gün sadəcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin tarixi üçün də olduqca əhəmiyyətli və şanlı zəfərlərdən biridir.

“Biz 100 il öncə də bir yerdəydik və birlik nümayiş etdirirdik, indi də eləyik”, - deyə İlham Əliyev vurğulayıb.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev vurğulayıb ki, Bakı artıq o dövrdə yaşadığı çətinlikləri geridə qoyub və hazırda daha güclü bir Azərbaycan mövcuddur.

“Biz bu ilin may ayında AXC-nin 100 illiyini qeyd etdik. Biz Şərqin ilk demokratik respublikasını Azərbaycanın yaratmış olmasından qürur duyuruq. Ölkəmiz böyük çətinliklərlə üz-üzə idi və ərazilərimizə tam nəzarət edə bilmirdik. Bakı və bir neçə başqa şəhərlərimiz işğal altında idi. Hökumətimiz Gəncədə yerləşmiş və orda fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Gəncədən Bakıya uzanan qələbə marşı və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və bu qələbə uğrunda canını fəda edən şəhidlərin xatirəsini daim əziz saxlayacaqdır”.

Ordumuzun hazırkı gücünə və döyüş hazırlığı səviyyəsinə də toxunan prezident qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bu sona qədər də belə qalacaq:

“Azərbaycan müstəqilliyinin ilk illərində çox ağır dövrlər keçirsə də, hazırda beynəlxalq siyasətdə kifayət qədər güclü mövqeyə sahibdir. O dövrdəki qarışıq vəziyyət nəticəsində Ermənistan ərazilərimizin bir hissəsini işğal etdi. Tarix bizə göstərdi ki, ölkənin əldə etdiyi müstəqilliyi qoruması üçün güclü orduya ehtiyacı var. Hazırda beynəlxalq reytinqlər, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer aldığını göstərir. Bu gün güclü ordumuzun Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında, həmçinin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində keçirilən uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız Azadlıq meydanına gətiriləcəkdir. Gün gələcək Azərbaycan bayraqları bu gün hələ də işğal altında olan bütün torpaqlarımızda qaldırılacaqdır”.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: AXC   QİO   Parad  

“100 il öncə də bir yerdəydik, indi də bir yerdəyik” - Prezident (Yenilənib)

2018/09/15370-1537041685_1537091075.jpg
Oxunub: 807     19:57     15 Sentyabr 2018    