Erməni əsgər 1 mart barədə: "Bizi Qarabağ adı ilə aldadıb İrəvana gətirmişdilər"

2018/09/5667676767_1537008749.jpg
Oxunub: 628     18:49     15 Sentyabr 2018    
"2008-ci ilin 29 fevral tarixində Qarabağda diversiya olub deyə bizi aldadaraq İrəvana gətirdilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilən zaman Gorusdakı hərbi hissənin gənc əsgəri olan Sergey Darbinyan həmin dövrdə baş verən hadislərdən danışıb.

O bildirib ki, fevralın 29-da hərbi hissəyə “həyəcan” siqnalı verilərək Ağdərədə diversiya fəaliyyətinin olduğunu və ora getmək lazım gəldiyini deyiblər. Ancaq onlar aldadılaraq, Qarabağ əvəzinə erməni əsgərlərini İrəvana gətiriblər.

"Sonra dedilər ki, İrəvana gedirsiniz. Mitinqlərdə hansısa xüsusi təyinatlı ölüb, dövlət obyektlərini qorumağa gedirik", - deyə Darbinyan bildirir.

O qeyd edir ki, onunla bərabər 200-250-dək hərbi qulluqçu İrəvana gətirilib. Onun sözlərinə görə, 1 mart tarixindən 8 mart tarixinədək onlar Opera binasının ərazisini qoruyublar.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: 1-mart   Qarabağ   İrəvan  

Erməni əsgər 1 mart barədə: "Bizi Qarabağ adı ilə aldadıb İrəvana gətirmişdilər"

2018/09/5667676767_1537008749.jpg
Oxunub: 629     18:49     15 Sentyabr 2018    